“Qarabağ”ı udmaq üçün çox şey etdik"

25 Oktyabr 2020 16:00 Qarabağ 381
“Qarabağ”ı udmaq üçün çox şey etdik"

“Yunanıstanda çalışdığım vaxtdan belə təcrübəm var”.

Sportinfo.az xəbər verir ki, bunu Təl-Əviv “Makkabi”sinin məşqçisi Makis Anqrlinas deyib.

Baş məşqçi Giorgios Donis cəzalı olduğu üçün komandaya texniki zonadan rəhbərlik edən mütəxəssis Avropa Liqasının “Qarabağ”la görüş (1:0) barədə danışıb:

"Bilirdik ki, “Qarabağ” ciddi komandadır. Onlara qarşı kompakt və taktiki cəhətdən düzgün oynamalıydıq. Həmçinin əldə etdiyimiz hər imkandan yararlanmalı idik.

Ola bilər ki, ən yaxşı oyunumuzu göstərmədik. Lakin nəticə vacib idi. Çox şey etdik. Oyunçuların uyğunlaşması üçün çalışdıq. Videoanaliz üzərində də çox işlədik. Futbolçularımızın yaxşı mentalitetə malik olduğunu bilirdik. Onlar meydanda yaxşı çalışdılar”.

Digər Xəbərlər
Xəbər Lenti