Prezidentin tvitləri "Azersun Arena"nı bəzədi - FOTOLAR

17 Oktyabr 2020 21:40 Qarabağ 718
Prezidentin tvitləri "Azersun Arena"nı bəzədi - FOTOLAR

Azərbaycan Premyer Liqasının VI turunda "Qarabağ" "Qəbələ"ni qəbul edib (3:0).

Sportinfo.az xəbər verir ki, Ağdam klubu öz stadionunda maraqlı addım atıb.

"Qarabağ" Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin torpaqlarımızın erməni işğalından azad edilməsi ilə bağlı tvitter sosial şəbəkəsindəki paylaşımlarını bannerlər şəklində stadionda yerləşdirib.

Bundan başqa, komandalar meydana "Əmrinizdəyik, Cənab Ali Baş Komandan!" pankartı və Gəncədəki terrora aid xüsusi maskalarla çıxıb.



Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!