"Qarabağ"la oyunda hər şeyi bir anda başa düşdüm" - VİDEO

19 Sentyabr 2020 19:02 Qarabağ 477
"Qarabağ"la oyunda hər şeyi bir anda başa düşdüm" - VİDEO

"Beynimdə o qədər duyğu var ki... Mərhələni keçmək istəyirdik.

İsti havada oynamaq çox çətin idi. Buna görə də komandamıza təşəkkür etmək istəyirəm".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Molde"nin qapıçısı Andreas Linde "Romsdals Budstikke" nəşrinə açıqlamasında Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ı məğlub etdikləri oyun barədə danışarkən deyib.

Penaltilər seriyasında Bədavi Hüseynovun zərbəsini qaytararaq komandasını növbəti mərhələyə daşıyan isveçli qolkiper həmin anı xatırlayıb: "Bir qədər əmin deyildim.

Çünki hesabı itirdiyim üçün həmin zərbənin həlledici olub-olmadığını bilmirdim. Amma insanların mənə tərəf qaçdığını və məni alqışladıqlarını görəndə hər şeyi bir anda başa düşdüm. İnanılmaz sevinc və rahatlıq hiss edirəm".

İllər öncə atasını itirmiş 27 yaşlı oyunçu valideyninin hər oyunda onu ruhən izlədiyini vurğulayıb: "Bilirəm ki, meydanda olanda mənə baxır. "Qarabağ"la matçda da onu arxamda hiss edirdim. Bu, mənim üçün çox şey deməkdir. Atam bu cür vəziyyətlərdə mənə əlavə motivasiya verir".

Əsas və əlavə vaxtı qolsuz başa çatmış matçın penaltilər seriyasında daha dəqiq oynayan (6:5) "Molde" Çempionlar Liqasında pley-off mərhələsinə vəsiqə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti