“Qarabağ”ın qapıçısı Mateuş Koxalski buradan ayrılıb.
O, Premyer Liqanın 4-cü turunda “Araz-Naxçıvan”la keçirilən matçdan (3:2) sonra azarkeşlərlə sağollaşıb.
Polşalı qolkiper karyerasını ölkəsində davam etdirəcək. “Veçista Krakov” keçidi gözlənilir. 2024-cü ilin yayından bəri ”Qarabağ”ın ofrmasını geyinən polyak həmyerliləri ilə şəxsi müqavilə şərtlərini razılaşdırıb.
Bir başqa problem ortaya çıxmasa, adıçəkilən klubla 3+1 illik müqavilə imzalayacaq.
24 yaşlı kiper ilk mövsümündə 350 min avro civarında əməkhaqqı alacaq. Sonrakı sezonlarda isə bu məbləğ tədricən artırılacaq.
Koxalskinin “köhlən atlar“la kontraktı 2027-ci ilin yayınadək nəzərdə tutulub. İndi getmək qərarı onun özünə məxsusdur.
Bu ilin əvvəlində nişanlanan gənc “pan“ ayrılmaq fikrində olmasını hələ 4-5 ay öncə klub rəhbərliyinin və məşqçilərin diqqətinə çatdırıb.
Sevgilisi üçün darıxdığını dilə gətirən qapıçı vətəninə dönəcəyi günü səbirsizliklə gözlədiyini etiraf edib.
SPORTİNFO.AZ

