"Onun Azərbaycan millisində çıxış etməsi üçün çalışırıq"

3 İyul 2020 09:14 Qarabağ 2 038
"Onun Azərbaycan millisində çıxış etməsi üçün çalışırıq"

"Qarabağ"ın Aleksey İsayevlə danışıq apardığını və tərəflərin əməkhaqqı məsələsində indilik razılığa gələ bilmədiyini yazmışdıq.

"Sumqayıt"dan ayrılan yarımmüdafiəçi ilə bağlı son vəziyyətin nə yerdə olduğunu aydınlaşdırmaq üçün dağıstanlı agenti Murad Yaqubovla əlaqə saxladıq.

- Bizdə olan məlumata görə, "Qarabağ"la danışıq aparırsız...

- Tamamilə doğrudu.

- Bəs İsayevlə qışdan maraqlanan "Ural"la bağlı vəziyyət nə yerdədi? Bu məsələni bağlanmış saymaq olar?

- Xeyr. O da aktualdı. Hazırda "Ural" da daxil olmaqla daha bir neçə klubla danışıq aparırıq. Təbii ki, şərtləri bizi qane edən və Alekseyin peşəkar inkişafı baxımından daha uyğun olan variant üzərində dayanacağıq.

- Yaxşı, o zaman müştərinizin "Qarabağ"a keçmək variantı nə dərəcədə realdı?

- Yetərincə realdı. Şərtləri razılaşdırsaq, başqa açıq sual qalmayacaq.

- Əməkhaqqı barədə ortaq məxrəcə gələ bilmirsiz?

- "Qarabağ" bu mənada passivdi...

- Bəs millinin formasını geyinməsiylə bağlı durum nə yerdədi?

- Hazırda onun Azərbaycanda oynaması və millidə çıxış etməsi üçün mümkün olanın ən yaxşısını etməyə çalışırıq. Yaxın günlərdə yeni xəbərlər gözləyin (fanat.az).

Digər Xəbərlər
Xəbər Lenti