"Qarabağ” daha bir futbolçusu ilə vidalaşmağa hazırlaşır?

11 May 2020 11:48 Qarabağ 888
"Qarabağ” daha bir futbolçusu ilə vidalaşmağa hazırlaşır?

"Qarabağ”ın ispaniyalı legioneri Miçel mövsümün sonunda iş yerini dəyişməyə çox yaxındır.

Sosial şəbəkələrdə yayılan xəbərlərə görə, yarımmüdafiəçi ilə 4 xarici klub maraqlanır.

Onlardan biri isə İspaniyanın Sequndasında mübarizə aparan "Sportinq”dir. Əsas komandada çıxdığı 138 matçda 7 qol vuran Miçel özü də vətəninə qayıtmaqda maraqlıdır. Tərəflərin ilkin danışıqları müsbət nəticələnib.

Xixon təmsilçisi sözügedən futbolçu üçün doğma klubdur. 18 yaşında "Oviedo"dan "Sportinq”ə keçən yarımmüdafiəçi 2004/2005 mövsümüdə klubun B komandasında oynayıb.

Ardından əsas heyət üzvünə çevrilən yarımmüdafiəçi 5 il əsas komandanın uğurları üçün tər töküb, 2008-ci ildə isə "qırmızı-ağlar”ın sıralarında La Liqada oynamaq hüququ qazanıb.

Azərbaycanda 5 ili arxada qoyan 35 yaşlı legionerin geitmək ehtimalı həqiqətən yüksəkdir. Baxmayaraq ki, 1 illik müqaviləsi hələ qalmaqdadır. İş ondadır ki, Qurban Qurbanov ispaniyalıya daha əvvəlkitək isti münasibət bəsləmir.

Miçelin gündəlik həyat tərzi ilə yanaşı, kollektiv daxilində özünü aparması baş məşqçi ürəyincə deyil. təcrübəli mütəxəssis onu dəfələrlə məşq prosesindən uzaqlaşdırıb, intizamsız hərəkətləri səbəbindən böyük məbləğdə cərimələyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti