"Qarabağ" bu dəfə "Liverpul"a "söz atdı" - FOTO

22 Fevral 2020 15:40 Qarabağ 1 916
"Qarabağ" bu dəfə "Liverpul"a "söz atdı" - FOTO

"Qarabağ"ın rəsmi "Facebook" səhifəsi maraqlı paylaşım edib.

Sportinfo.az xəbər verir ki, Ağdam klubu Çempionlar Liqasının 1/8 final mərhələsinin oyununda "Atletiko"ya (Madrid) 1:0 hesabı ilə məğlub olan "Liverpul"a "söz atıb".

2017-ci ildə ÇL-in qrup mərhələsində "Atletiko" ilə 1:1 hesablı bərabərlik edərək böyük səs-küy yaradan "Köhlən atlar" həmin matçdan şəkil paylaşıb.

Klubun rəsmi səhifəsi fotonun üzərinə "Sabahınız xeyir, böyük "Qarabağ" ailəsi!" sözlərini yazıb. Bununla da, o, "Vanda Metropalitano"da qalib gəlməyən "Liverpul"a (İngiltərə) ismarıc yollayıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”