“Qarabağ”ın fransızı: “Biz daha yaxşısını etmək, rahat qələbə qazanmaq istəyirik”

20 Sentyabr 09:25 Qarabağ 952
“Qarabağ”ın fransızı: “Biz daha yaxşısını etmək, rahat qələbə qazanmaq istəyirik”

“Bilirdik ki, bizi asan oyun gözləmir. Elə də oldu”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Jali Muaddib Misli Premyer Liqasının altıncı turunda “Şəfa”nı məğlub etdikləri (1:0) oyun haqda deyib.

Fransız fqarşılaşmanın çətin alındığını bildirib.

“Rəqib də rahat oynamağa imkan vermədi. Buna baxmayaraq, önəmli olan 3 xaldır. Əsas odur ki, bəzən istədiyin oyunu göstərə bilməyəndə belə, qələbə qazanasan”, - deyə o qol.az-a açıqlamasında söyləyib.

“Çətinliklə qələbə qazanmağınıza səbəb nə idi?” sualını 25 yaşlı futbolçu belə cavablandırıb:

“Bilmirəm. Biz əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Düzdür, bəzən oyunumuz yaxşı alınır, bəzən yox.

Təbii ki, biz daha yaxşısını etmək, rahat qələbə qazanmaq istəyirik. Hər matçda 4-5 qol vurmağı arzulayırıq.

Lakin bu, bəzən alınmır. Əsas belə çətin anlarda qələbə qazanmaqdır”.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə