Məşhur saytlar da yazdı: "Qarabağ" onunla maraqlanır"

27 Yanvar 2020 15:53 Qarabağ 1 879
Məşhur saytlar da yazdı: "Qarabağ" onunla maraqlanır"

İtaliya mətbuatında "Çittadella"nın hücumçusu Cüzeppe Panikonun "Qarabağ"a mümkün transferi ilə bağlı növbəti məlumat yayılıb.

Sportinfo.az xəbər verir ki, kifayət qədər tanınmış mətbu orqanlar - "goal.com" və "skysportitalia" nəşrləri də Ağdam klubunun İtaliya millisinin üzvü ilə maraqlandığını iddia edib. Birincinin yazdığına görə, "transfer pəncərəsi"nin bağlanmasına sayılı günlər qalsa da, 22 yaşlı forvard hazırkı komandasını tərk edəcək.: "Onunla maraqlananlar arasında "Qarabağ" da var".

"Skysport" nəşri isə Azərbaycan çempionunun Paniko barədə məlumat topladığını qeyd edib: "Futbolçunun "Çittadella" ilə iyun ayına qədər müqaviləsi var. O, yaya qədər komandada qala bilər. Amma son anda başqa kluba da keçməsi gözləniləndir".

"Qarabağ" klubundan isə dünən saytımıza verilən açıqlamada bildirilib ki, həmin futbolçunun adı onların transfer siyahısında yoxdur.

2018-ci ildən "Çittadella"nın şərəfini qoruyan Paniko bu komandada 41 oyuna 4 qol vurub, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!