"Qarabağ"ın futbolçularından kimi bəyənəcəklər?

7 Noyabr 2019 18:27 Qarabağ 762
"Qarabağ"ın futbolçularından kimi bəyənəcəklər?

Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək APOEL - "Qarabağ" oyununda sürpriz qonaqlar olacaq. Sportinfo.az xəbər verir ki, bir neçə xarici klubun skautu qarşılaşmanı "GSP Arena"nın tribunalarından izləyəcək.

Xüsusən də, Yunanıstan təmsilçilərinin öz nümayəndələrini Nikosiyaya göndərdiyi vurğulanıb. Digər klublardan fərqli, AEK-i oyun zamanı kimin təmsil edəcəyi də məlumdur. Afina komandasının texniki direktoru İlia İviç görüşü izləmək üçün artıq Nikosiyadadır.

Onun maraq dairəsində olan əsas futbolçular APOEL-in müdafiəçiləri Nikolas Yoannu və Praxitelis Vourosdur. Klub rəhbərliyi, xüsusən də, yunanıstanlı Vouros üçün artıq danışığa başlamağa hazırdır.

Məlumatda qeyd olunur ki, matça gələcək xarici skautlar APOEL-in digər oyunçularının, həmçinin "Qarabağ"ın futbolçularının çıxışına göz gəzdirəcək. "GSP Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə 21:55-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti