“Qarabağ”ın qapıçısı Şahrudin Məhəmmədəliyev Ağdam klubunun heyətində 100-cü Premyer Liqa matçına çıxıb.
Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, onun yubileyi “Turan Tovuz”la ev oyununa təsadüf edib.
Misli Premyer Liqasının 11-ci turunda qolkiperin komandası 0:1 hesabı ilə uduzub.
O, “Qarabağ”da 2016/17 mövsümündə debüt edib. Şahrudin 11 mövsümdə 54 qol buraxıb.
Məhəmədəliyev turnirin tarixində eyni komandada 100 və daha çox oyun keçirən 218-ci futbolçu olub.
