“Qarabağ”ın 8 yerli və 7 əcnəbi oyunçusuna millilərdən dəvət gəldi - FOTOLAR

03:10 Qarabağ 39
“Qarabağ”ın 8 yerli və 7 əcnəbi oyunçusuna millilərdən dəvət gəldi - FOTOLAR

“Qarabağ”ın ümumilikdə 15 futbolçusu noyabr ayında milli komandaların oyunlarında iştirak etmək üçün dəvət alıb.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisinin 7 legioneri müxtəlif ölkələrin əsas yığmalarının düşərgəsinə yollanıb.

Bunlar Marko Yankoviç (Monteneqro), Bense Varkonyi (Macarıstan), Martin Zlomisliç (Bosniya və Herseqovina), Renaldo Sefas (Yamayka), Bruno Lanqa (Mozambik), Reda Xadra (Livan) və karyerasında ilk dəfə Ukraynanın əsas millisinə çağırılan Aleksey Kaşukdur.

Klubun azərbaycanlı oyunçularından Bədavi Hüseynov, Musa Qurbanlı və Şahrudin Məhəmmədəliyev əsas yığmamıza dəvət olunublar.

Gənc futbolçulardan Teymur Həsənov U-21, Hikmət Cəbrayılzadə, Əli Bəşirov, Rəşad Alışov və Uğur Qurbanlı isə U-20 millisinin şərəfini qoruyacaqlar.

Azərbaycan millisi noyabrda iki qarşılaşma keçirəcək. Yığmamız Millətlər Liqasında noyabrın 11-də səfərdə Lixtenşteynlə, noyabrın 16-da isə yoldaşlıq matçında Andorra ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə