COP29

"Qarabağ"la müqavilə haqda: "Bütün məsələlər mövsümün sonunda həll olunacaq"

24 May 13:20 Qarabağ 310
"Qarabağ"la müqavilə haqda: "Bütün məsələlər mövsümün sonunda həll olunacaq"

Andrey Lunyov “Qarabağ” ilə yeni müqavilə imzaladığı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, rusiyalı qolkiper "Matç TV"yə açıqlamasında bu məlumatları şayiə adlandırıb:

"Bütün məsələlər mövsümün sonunda həll olunacaq. Bu cür xəbərlər diqqəti yayındırır?

Mən fikir vermirəm. Hər bir futbolçu haqqında bu cür xəbərlər normaldır.

Bütün diqqətimi komandam üçün oynamağa və mövsümün sonuna cəmləmişəm. Qarşıda bizi vacib matçlar, kubok finalı gözləyir”.

Lunyovun "Qarabağ"la hazırkı müqaviləsi bu mövsümün sonunda başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!