"O, daha qapalı və sərtdir! “Qarabağ”ı uzaq məsafədən izləmək çox maraqlı olardı"

18 Aprel 01:10 Qarabağ 713
"O, daha qapalı və sərtdir! “Qarabağ”ı uzaq məsafədən izləmək çox maraqlı olardı"

"Qarabağ"ın qapıçısı Andrey Lunyov hesab edir ki, komandası Rusiyada çempionluq uğrunda yarışa bilər.

Sportinfo.az xəbər verir ki, sports.ru saytına müsahibəsində o, "Sabah"ın sabiq baş məşqçisi Murad Musayevin "Qarabağ"ın Rusiyada çempionluğa oynaya biləcəyi fikri ilə razılaşdığını söyləyib:

"Çempionluq, heç olmasa ilk üçlük uğrunda mübarizə apara bilər. Yeganə məqam Rusiya futbolunun xüsusiyyətləridir.

O, daha qapalı və sərtdir. “Qarabağ”ı belə şəraitdə uzaq məsafədən izləmək çox maraqlı olardı.

Ola bilsin ki, indi Rusiyada nəsə dəyişib, amma mən “Zenit”də oynayanda bir çox komandalar topu ötürürdü və ona nəzarət etməyə belə cəhd etmirdilər".

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 12:40 "Qarabağ" SUSDU