COP29

Qurban Qurbanovun göz yaşlarında yatan gerçəkliklər – GÜNÜN VİDEOsu

23 Fevral 10:40 Qarabağ 654
Qurban Qurbanovun göz yaşlarında yatan gerçəkliklər – GÜNÜN VİDEOsu

“Matçdan sonra Qurban Qurbanovun göz yaşları, əslində, təkcə sevinc göz yaşları deyildi.

Bu, həm də illərdir Azərbaycan futbolunu çiyinlərində daşımağın verdiyi çətinliyin təcəssümü idi”.

Bu fikirləri Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov səsləndirib.

O, Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Braqa” matçından (2:3) danışarkən maraqlı fikirlər səsləndirib.

Bilidirb ki, bir həftə öncə səfərdə oynadığı möhtəşəm futbolla rəqibinə 4:2 hesabı ilə qalib gələn ağdamlıların cavab matçında da bu uğuru təkrarlayacağına inanırdı:

“İkinci hissədə Elvin Cəfərquliyevin qırmızı vərəqə alması bütün planları alt-üst etdi. Azlıqda qalan “Qarabağ“ topu rəqibə verib, daha çox müdafiə olunmaq taktikası seçdi.

Nəticədə say üstünlüyü ilə hücumlarının kəsərini artıran "Braqa" iki qol vuraraq, oyunun əsas vaxtında qələbə qazandı“.

Elçin Cəfərov onu da əlavə edib ki, futbolda taxtika, oyun planı çox önəmli predmetlərdir. Bunlarla yanaşı, əzmkarlıq, ruh yüksəkliyi, qələbə qazanmaq inadkarlığı komandaları qarşılaşmaya daha fərqli motivasiya edir.

“Məhz dünənki matçda “Qarabağ”ın futbolçularında bunu gördük. Təbriklər, "Qarabağ"!“.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"