COP29

“Qarabağ” 137 aydan sonra bu acını da yaşadı

11 Fevral 15:15 Qarabağ 2 558
“Qarabağ” 137 aydan sonra bu acını da yaşadı

“Qarabağ” ölkə kubokunun 1/4 final mərhələsinin cavab görüşündə məğlub oldu.

İlk oyunda “Sabah” 7:1 hesabı ilə qalib gələn “köhlən atlar” cavab qarşılaşmasında 3:4 hesabı ilə uduzub yarımfinala adladı.

“Qarabağ”lıların təəssüf hissi yenilgiyə görə yox, qapısından 4 top buraxmasına görəydi.

Çünki son illərdə bir oyunda ağdamlıların qapısına bu qədər qol vuran olmamışdı.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 3-dən artıq topu 2012-ci ilə buraxmışdı. Həmin ilin sentyabrın 16-da “AZAL Arena”da baş tutan görüşdə AZAL “köhlən atlar”ın qapısından 6 top keçirmişdi – 6:2.

Son illərin dəyişməz çempionu o gündən bu yana, yəni geridə qalan 11 il 5 ayda qapısından 4 top çıxarmamışdı.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"