
"Onqat Azərbaycan çempionu (red - "Qarabağ") büdcəsinə görə Rusiya Premyer Liqasında ilk "10-luğ"a düşə bilməz".
Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ" və Azərbaycan millisinin qapıçısı Şahrudin Məhəmmədəliyev "Championat" nəşrinə müsahibəsində deyib.
29 yaşlı qolkiper iki liqa arasında yetəri qədər maaş fərqinin olduğunu bildirib:
"Büdcəsi az olan "Sumqayıt" və "Səbail"lə yox, "Qarabağ"la müqayisə aparıram. Rusiyada böyük məvaciblər mövcuddur.
Azərbaycan futbolunda isə qat-qat az pul var. Hətta Rusiya Birinci Liqasında "Rubin" və "Arsenal" (Tula) kimi çox ciddi büdcəsi olan klubların adlarını çəkə bilərəm".
Məhəmmədəliyev 2013-cü ildə Şahdağda çıxış edərkən maaşının 450 manat olduğunu da sözlərinə əlavə edib.