
"Çempion olmaq möhtəşəm hissdir".
Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın legioneri Redon Cica "Balkanweb" nəşrinə müsahibəsində deyib.
25 yaşlı albaniyalı hücumçu Ağdam təmsilçisinə uyğunlaşmağın çətin olduğunu bildirib:
"Amma vaxt keçdikcə hər şey düzəldi. Növbəti mövsüm daha yaxşı olacağıma ümid edirəm. Bunun üçün əlimdən gələni edəcəyəm".
"Qarabağ" tarixində 10-cu dəfə Azərbaycan çempionu olub.