Daha bir YENİ XƏBƏR - "Qarabağ" və "Qalatasaray"la bağlı

20 Mart 2023 14:00 Qarabağ 2 721
Daha bir YENİ XƏBƏR - "Qarabağ" və "Qalatasaray"la bağlı

«Qarabağ» və «Qalatasaray» arasında martın 26-da keçiriləcək yoldaşlıq görüşündən öncə Bakı Olimpiya Stadionunda (BOS) heç bir şou proqram təşkil olunmayacaq.

Bu barədə Sportinfo.az-a BOS-un İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Fərid Əsədzadə məlumat verib.

Onun sözlərinə görə, belə bir tədbirin təşkili əlavə maliyyə vəsaiti tələb edir:

«Bildiyiniz kimi, oyun xeyriyyə məqsədi daşıyır və bilet satışından əldə olunan gəlir Türkiyədə zəlzələdən əziyyət çəkmiş insanlara ianə ediləcək.

Şou proqramın təşkili böyük məbləğ istəyir. Səhnənin quraşdırılması, müğənnilərə ödəniləcək qonorar və digər məsələlər var.

Ona xərc çəkməkdənsə, həmin pulu zəlzələdə ailəsini, ev-eşiyini itirmiş şəxslərə göndərmək daha düzgündür.

Oyunun özü onu izləməyə gələcək onminlərlə azarkeş üçün ən böyfük əyləncədir».

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"