"Qarabağ" bu transferə hansı məbləğ qarşılığında razılıq verib? – Son dəqiqənin hökmü

8 Fevral 2023 11:40 Qarabağ 3 050
"Qarabağ" bu transferə hansı məbləğ qarşılığında razılıq verib? – Son dəqiqənin hökmü

Günlər öncə "Qarabağ"dan "Ferentsvaroş"a transfer olan Kvabena Ovusu zədələnib.

25 yaşlı hücumçu Macarıstan çempionatının 18-ci turu çərçivəsində baş tutan “Uypeşt”lə matçda sıradan çıxıb.

Topuğundan zədələnən qanalı forvard meydanı xərəkdə tərk edib.

"Ferentsvaroş" - "Uypeşt" qarşılaşması meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Afrikalının aldığı xəsarət o qədər də yüngül deyil. Bir müddət yaşıl sahələrdən kənarda qalması gözlənilir.

Təbii ki. bu hadisə «Qarabağ» cəbhəsində narahatlıqla qarşılanıb. Ovusu mövsümün qarşıdakı hissəsini kənardan izləmək məcburiyyətində qalsa, bundan keçmiş klubu da ziyan görəcək.

Yanvarın 31-də Budapeşt klubu ilə 2 illik müqavilə bağlayan hücumçu növbəti oyunların 50 faizində meydana çıxarsa, ağdamlılar "Ferentsvaroş"dan 100 min avro əlavə bonus alacaq. Bu şərt iki klub arasında bağlanmış müqavilədə öz əksini tapıb.

Ovusu 50 faiz limitini keçə bilməsə, "Qarabağ" 400 min avro ilə kifayətlənməli olacaq.

Bəli, Azərbaycan çempionu onu məhz bu məbləğdə təzminat qarşılığında macarlara satıb.

"Ferentsvaroş" öncə 300 min avro təklif etsə də, "Qarabağ"ın israrını görüb və son anda 100 min artıq ödəməyə razılaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti