Sabiq "Qalatasaray"lı niyə "Qarabağ"a keçmədi?

5 Fevral 2023 01:10 Qarabağ 1 355
Sabiq "Qalatasaray"lı niyə "Qarabağ"a keçmədi?

"Qarabağ" UEFA-ya sifariş ərizəsini göndərməmişdən qabaq son ana qədər müxtəlif qapıçılarla danışıq aparıb.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, Ağdam klubu bir neçə qolkiperə təklif göndərib.

Azərbaycan çempionunun transfer siyahısında Türkiyə millisinin sabiq qapıçısı Cenk Gönenin də adı olub.

"Dənizlispor", “Altay”, “Beşiktaş”, “Qalatasaray”, “Malaqa,” “Alanyaspor” klublarının qapısını qorumuş Cenk 2021-ci ildən “Kayserispor”da çıxış edir.

Amma o, çox da meydana çıxmır. “Qarabağ” türkiyələnin keçidini həll etmək istəsə də, danışıqlar müsbət yekunlaşmayıb. 34 yaşlı qapıçının hazırkı komandası ilə müqaviləsi 2023-cü il iyunun 30-da başa çatırdı.

Digər Xəbərlər
Xəbər Lenti