"Qarabağ" yeni transferin adını rəsmən duyurdu - VİDEO

24 Yanvar 23:00 Qarabağ 402
"Qarabağ" yeni transferin adını rəsmən duyurdu - VİDEO

"Qarabağ" Albaniya millisinin futbolçusu Redon Cicanın transferini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bununla bağlı Ağdam klubunun sosial şəbəkə hesabında video paylaşılıb.

Son olaraq ölkəsinin "Tirana" komandasında çıxış edən 25 yaşlı vingferlə 3,5 illik müqavilə imzalanıb.

Redon Cica karyerasında yalnız öz ölkəsində çıxış edib. "Şkendiya"nın yetirməsi olan futbolçu 2017-ci ildə "Laçi"yə keçib və 4 mövsüm bu komandanın şərəfini qoruyub.

O, 2021-ci ildən formasını geyindiyi "Tirana"da 49 oyuna 29 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
8 Fevral 02:30 Ruben Vardanyan qaçdı