Çox güman, Qurban Qurbanov... “Qarabağ”ın planları bəlli oldu

3 Oktyabr 2022 21:20 Qarabağ 1 311
Çox güman, Qurban Qurbanov... “Qarabağ”ın planları bəlli oldu

“Neftçi”ylə prinsipial oyunda 3:1 hesablı qələbəyə sevinən “Qarabağ”ın üzvləri Yunanıstan səfərinə hazırlaşır.

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Olimpiakos”la qarşılaşacaq “köhlən atlar” vətəni ənənəsinə sadiq qalaraq matçdan 2 gün yox, 1 gün əvvəl tərk edəcək.

Çox güman, Qurban Qurbanov sıx qrafikə görə komandasını yunanların gözləri qarşısında yox, Bakıda hazırlamağı üstün tutub.

Azərbaycan çempionu paytaxtımızı oktyabrın 5-də saat 10.30 radələrində tərk edəcək və Bakı-Afina çarter reysli təyyarə ilə birbaşa Yunanıstanın paytaxtına yollanacaq.

Xeyli vaxtdır zədədən əziyyət çəkən Maksim Medvedev, Kevin Medina və Rahil Məmmədov da təyyarənin göyərtəsində yer alacaq.

“Qarabağ” Afinanın dəbdəbəli otellərindən hesab olunan “İnterkontinental”da məskunlaşacaq.

Qurban Qurbanovun mətbuat konfransı oktyabrın 5-i Bakı vaxtı ilə saat 18:30-a nəzərdə tutulub. Komandamızın matçöncəsi son məşqi isə həmin gün 23:00-da başlayacaq.

Oktyabrın 6-da “Karaiskasis” stadionunda baş tutacaq oyun saat Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”