"Qarabağ"ın müdafiəçisi ilk "5-lik"də yer aldı - Avroliqada

23 Sentyabr 2022 00:30 Qarabağ 1 031
"Qarabağ"ın müdafiəçisi ilk "5-lik"də yer aldı - Avroliqada

"Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə Avropa Liqasının qrup mərhələsinin oyunlarında ən çox top uzaqlaşdıran futbolçuların siyahısında yer alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə yarışın rəsmi feysbuk səhifəsi paylaşım edib.

25 yaşlı müdafiəçi 2 görüşdə 8 dəfə buna müvəffəq olub. Mustafazadə bu göstəriciyə görə 3-5-ci yerləri bölüşdürür.

İlk sırada "köhlən atlar"ın qrupdakı rəqibi Fransa "Nant"ında çıxış edən Nikolya Pallua (12) qərarlaşıb. Macarıstan "Ferentsvaroş"undan Sami Mmae (11) 2-ci pillədədir.

I turda Almaniyada "Frayburq"a 1:2 hesabı ilə uduzan "Qarabağ" II turda Bakıda "Nant"ı 3 cavabsız qolla məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 18:10 Çək və bizə göndər!
15 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Oktyabr 09:20 "Qarabağ"da ŞAD XƏBƏR!
14 Oktyabr 23:20 "Bu, bizi məyus etdi"
14 Oktyabr 20:00 Mahir – qanadsız mələk