İspaniyalı “Qarabağ”a lazım olduğunu təsdiqlədi - VİDEO

01:20 Qarabağ 124
İspaniyalı “Qarabağ”a lazım olduğunu təsdiqlədi - VİDEO

"Qarabağ" Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi IV turda "Araz-Naxçıvan"ı məğlub edib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma 3:2 hesabı ilə bitib.

"Köhlən atlar"ın heyətində 8-ci dəqiqədə Joni Montiel, 67-ci dəqiqədə Renaldo Sefas, 89-cu dəqiqədə Musa Qurbanlı fərqlənib.

Qonaqların heyətində Luka Dumançiç 72-ci, Ağadadaş Salyanski 90+3-cü dəqiqədə adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının 9-a çatdıran "Qarabağ" üçüncü pillədə qərarlaşıb. Komandanın ehtiyatda bir matçı da var. Naxçıvan klubu 1 xalla 11-ci sıradadır.

“Qarabağ” - “Araz-Naxçıvan” 3:2

Tofiq Bəhramov adına Respublika Stadionu, 1100 tamaşaçı
Baş hakim: Cavid Cəlilov
Baş hakimin köməkçiləri: Kamran Bayramov, Müslüm Əliyev
Dördüncü hakim: Emin Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Sarı vərəqələr: Cebrail Makreçkis, 44 (qeyri-idman hərəkəti) // Rövlan Muradov, 14 (qeyriidman hərəkəti); Mustafa Əhmədzadə, 44 (qeyri-idman hərəkəti); Mamadu Kane, 79 (qeyriidman hərəkəti)
Qollar: Joni Montiel, 8; Renaldo Sefas, 67; Musa Qurbanlı, 89 // Luka Dumançiç, 72; Ağadadaş Salyanskiy, 90+3
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 4 dəq.

“Qarabağ”
23. Martin Zlomisliç
8. Marko Yankoviç (k)
2. Mateus Silva
5. Bruno Lanqa
10. Joni Montiel
(22. Musa Qurbanlı, 65)
25. Cebrail Makreçkis
21. Aleksey Kaşuk
(11. Reda Xadra, 87)
19. Taofik İsmail
(29. Renaldo Sefas, 65)
7. Jali Muaddib
4. Bense Varkonyi
33. Dieqo Rosa
(35. Pedro Bikalyo, 73)
Ehtiyat oyunçular:
99. Mateus Koxalski
1. Şahruddin Məhəmmədəliyev
55. Bədavi Hüseynov
13. Bəhlul Mustafazadə
88. Samuel Lobato
Baş məşqçi: Qurban Qurbanov

“Araz-Naxçıvan”
99. Tərlan Əhmədli
7. Rövlan Muradov
(10. Şarl Boli, 76)
26. Ömər Buludov
8. Mustafa Əhmədzadə
(29. Ceyhun Nuriyev, 65)
27. Boyan Letiç
6. Patrik Andrade (k)
(23. Alberto Fernandes, 76)
17. İssuf Paro
(12. Bruno Franko, 42)
11. Mohamed Mara
36. Mamadu Kane
5. Luka Dumançiç
19. Abdallah Sudi
(9. Ağadadaş Salyanskiy, 65)
Ehtiyat oyunçular:
1. Artur Auqusto
76. Süleyman Həsənov
14. Ülvi İsgəndərov
13. Qabil Əlizadə
22. Rəşad Həsənov
21. İbrahim Piriyev
77. Nihat Mehralıyev
Baş məşqçi: Zaur İsmayılov

Digər Xəbərlər
Xəbər Lenti
6 Sentyabr 20:00 Çək və bizə göndər!
6 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
6 Sentyabr 02:20 Rüfət oynadı, uduzdular
5 Sentyabr 23:40 Altı qol - VİDEO