"Qarabağ" FANTASTİK PUL təklif etdi - ÇL-də qrupa düşmək üçün!

16 Avqust 2022 11:40 Qarabağ 76 809
"Qarabağ" FANTASTİK PUL təklif etdi - ÇL-də qrupa düşmək üçün!

«Qarabağ» sabah Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununa çıxacaq.

Azərbaycan çempionu Bakıda «Viktoriya» ilə qarşılaşacaq.

Tərəflər arasında həlledici görüş bir həftə sonra Çexiyada baş tutacaq.

Ağdam təmsilçisi Pilzendən olan həmkarlarına qalib gələrsə, tarixində ikinci dəfə qitənin ən mötəbər klub turnirinin qrup mərhələsinə vəsiqə qazanacaq.

«Qarabağ» rəhbərliyi futbolçuları motivasiya etmək üçün əlindən gələni əsirgəmir. Vəd olunan mükafatın məbləği də kifayət qədərdir.

Komanda qruplara qalarsa, hər oyunçu minimum 50-60 min dollar məbləğində «ənam» alacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti