
Kadi Borges və Abdulla Zubir bir bədəndə döyünən ürəyin iki klapanıdır.
«Qarabağ»ı onlarsız təsəvvür etmək olmaz.
Onda «Qarabağ» yarımştat komandaya çevrilər. Qurban Qurbanov da qəbul edir bunu. Hər şeyə rəğmən, o, iki «cəbhə»də vuruşmağın narahatlığını bölüşür.
Həftəiçi Macarıstana səfər etmiş, «Ferentsvaroş»la ÇL-də «ölüm-qalım» savaşı vermiş və bu mücadilədən alnıaçıq çıxmış futbolçularını istirahətlə mükafatlandırması başadüşüləndir.
Sadəcə, iki heyət arasında uçurum mövcuddur və bu, medallar uğrunda mübarizə aparmaq halında olmayan «Sumqayıt»la səfər qarşılaşmasında bir daha sübut olundu.
Kadi və Zubir meydanda yoxdursa, hücumların kəsəri də yoxdur. Əksər həmlələr yarımçıq alınır.
Yarımmüdafiə və hücum arasında əlaqə tez-tez itir, adət etdiyimiz sinxron hücumlara rast gəlinmir.
Çempionlar Liqasında davamlı və ya heç şans qazanmayanlar üçün Premyer Liqa imtahan meydanıdır. Kim özünü göstərəcəksə, Qurban Qurbanov onu da bir addım önə çəkəcək.
O. dəfələrlə belə edib və vədinə sadiqdir. Bu fürsətdən ən layiqli istifadə edən Musa Qurbanlıdır.
Açılış həftəsində qol pərdəsini aralayan hücumçu bu dəfə atasını lap çox sevindirdi.
Musanın 90+5-ci dəqiqədə gələn qolu «Sumqayıt»ı göydən yerə paraşütsüz atılmaq məcburiyyətində qalan pilotın vəziyyətinə saldı.
MUSA