"Sumqayıtda mənə münasibət həmişə yaxşı olub" - Qurban Qurbanov

13 Avqust 2022 20:50 Qarabağ 1 506
"Sumqayıtda mənə münasibət həmişə yaxşı olub" - Qurban Qurbanov

Misli Premyer Liqasının II turunun "Sumqayıt" - "Qarabağ" matçından (0:2) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Sportinfo.az xəbər verir ki, o, əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:

- Futbolçusularımı təbrik edirəm. İntizamlı və əks-hücumlarda təhlükəli olan komandaya qarşı oynadıq. Səbirli olmaq önəmli idi. Vacib 3 xal qazandıq. Qələbəyə layiq idik. Rəqibə uğurlar arzu edirəm.

- "Viktoriya" da intizamlı komandadır. Bu baxımdan "Sumqayıt"la oyunun faydası oldu?

- İnşallah, faydası olacaq. Plzen təmsilçisinin oyununa baxmışam. Bizə qarşı daha çox sürprizlər edə bilərlər. Hələ vaxtımız olacaq. Onları yaxından təhlil edəcəyik.

- "Turan Tovuz"la oyunun təxirə salınmasını siz istədiz?

- Mən istədim. Matçlar arasında 6 gün fərq var idi. Son zamanlarda sıx qrafikdəyik. Futbolçular çox yüklənir. Həm səfərə gedəcəyik, buna görə istədik ki, oyunçular bir yerdə heç olmasa 3 gün hazırlaşa bilsinlər. Təxirə salınmanın faydası olacağını düşünürəm.

- VAR sisteminin gəlişindən sonra oyunlara 10-12 dəqiqə əlavə edilir. Bu sistemin oyunun tempini aşağı saldığını düşünürsüz?

- Oyun həddindən artıq çox dayandı. Əsas vaxta baxsaq, bəlkə də elə 90 dəqiqə oynamışıq. Hakimlərimiz VAR-a yeni öyrəşir. Qərarlarda bir az gecikirlər. Zamanla bunlar düzələcək, daha tez qərar veriləcək.

- Kadi Borqes, Abdullah Zubir və Ramil Şeydayev oyuna sonradan daxil oldu. Əvvəldən planınızda var idi bu?

- Oyunun gedişatına görə belə addım atdım. Təxmini bilirdim ki, kimlər girəcək, kimlər çıxacaq. Amma ümumi düşündüklərimdən bir az kənara çıxdım. Fanatların, gənclərin sevgisini görəndə xoş oluram. Ümumilikdə Sumqayıtda mənə münasibət həmişə yaxşı olub. Yaxşı şəhərdir, yaxşı insanları var.

- Çempionlar Liqasında qrup mərhələsinə qalsaz, oyunlar Bakı Olimpiya Stadionunda olacaq, ya Tofiq Bəhramov adına Respublika stadionunda?

- Hələ qərar verilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!