“Qarabağ”a Polşada maraq necədir? – SATIŞ BAZARI

4 İyul 2022 11:00 Qarabağ 1 051
“Qarabağ”a Polşada maraq necədir? – SATIŞ BAZARI

"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsində Polşada "Lex" ilə keçirəcəyi ilk oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.

Sportinfo.az Poznan təmsilçisinin rəsmi tviter hesabına istinadən xəbər verir ki, qarşılaşma üçün 22 mindən çox bilet satılıb.

Polşa çempionu kassada 21 minə yaxın biletin qaldığını açıqlayıb. "Poznan" stadionu 43 min azarkeş tutumuna malikdir.

İyulun 5-də oynanılacaq "Lex" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab görüşü bir həftə sonra Bakıda gerçəkləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"