
Yanvar futbolçuların sevmədiyi aydır.
Bir tərəfdən fiziki yüklənmələr, digər yandan ailədən uzaq qalmaq dərdi.
Azərbaycan çempionatında top qovan futbolçuların, əsasən də legionerlərin hansı hislər keçirdiyini anlamaq çətin deyil.
Xüsusən toplanışın sonuna yaxın həsrətin dozası bir az da artır.
Onların nə keçirdiyini anlamaq üçün fotoda Kevin Medinanın gözlərinin içinə diqqətlə baxmaq kifayət edir. Kamera vasitəsilə qız övladı ilə danışan “Qarabağ”ın kolumbiyalı müdafiəçisinin üzü gülsə də, baxışları həsrət əzabından xəbər verir.
Elə atası üçün darıxan qızının kövrək baxışları da.
Medina övladı ilə şəklini paylaşaraq gözəlliyi göz oxşayan qızına “Pincelada mesmo” sözlərini yazıb. İfadənin ümumi tərcüməsi isə “Rəssamın çəkdiyi gözəllik” deməkdir.
HƏBİB / SPORTİNFO.AZ