"Qarabağ" rumınlarla “Qaz” sülhü bağladı

14 Yanvar 2022 19:50 Qarabağ 1 290
"Qarabağ" rumınlarla “Qaz” sülhü bağladı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ilk yoxlama oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Qurban Qurbanovun komandası Rumıniyadan "Qaz Metan" ilə qarşılaşıb.

Matç qolsuz bərabərliklə başa çatıb.

Qış fasiləsinə lider kimi yollanan "Qarabağ"ın bu rəqibi hazırda Rumıniyanın yüksək liqasında 16 komanda arasında 13-cü pillədə qərarlaşıb.

Ağdam təmsilçisi yanvarın 21-i "Şlyonsk Vroçlav" (Polşa), yanvarın 25-i isə “Visla Krakov” (Polşa) klubları ilə qüvvəsini sınayacaq.

Yanvarın 21-i və 25-i isə daha iki oyun nəzərdə tutulub. Komanda səhər saatlarında Serbiyanın "Batska Topola" və Slovakiyanın "Tatran" klubları ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı