"Bu, indiyədək keçirdiyimiz ən çətin matçlardan biri idi"

26 Noyabr 2021 00:10 Qarabağ 742
"Bu, indiyədək keçirdiyimiz ən çətin matçlardan biri idi"

"Bu gün özümüzü göstərib yaxşı nəticə qazanmaq istəyirdik.

Fasiləyə öndə yollandıq, ikinci yarıda rəqib hesabı bərabərləşdirdi".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Omoniya"nın futbolçusu Haralambos Haralambus Bakıda "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri Konfrans Liqasının qrup mərhələsinin V tur oyunundan sonra mətbuat konfransında deyib.

O bildirib ki, qırmızı vərəqədən sonra daha çox güc sərf ediblər: "Vurduğumuz ikinci qol baxımlı alındı.

Komanda heç-heçəyə layiq idi. Bu, indiyədək keçirdiyimiz ən çətin matçlardan biri idi".

Digər Xəbərlər
Xəbər Lenti