İlk dəfə "Qarabağ"la bunu edəcək - Danimarkadan gələn

24 Noyabr 2021 11:20 Qarabağ 873
İlk dəfə "Qarabağ"la bunu edəcək - Danimarkadan gələn

Bakıda "Qarabağ" və "Omoniya" arasında Konfrans Liqasının qrup oyunu danimarkalı FIFA referisi Morten Krox üçün əlamətdar olacaq.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı baş hakim karyerası ərzində ilk dəfə avrokubokların qrup matçında ədaləti təmsil edəcək.

Ona yan xətt hakimləri Nils Höq və Şteffen Bramsen köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Yorgen Burxardt yerinə yetirəcək.

Noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 23:20 "Bu, bizi məyus etdi"
14 Oktyabr 20:00 Mahir – qanadsız mələk