Bayılda dağılan "Qarabağ" mifi

26 Oktyabr 2021 19:40 Qarabağ 655
Bayılda dağılan "Qarabağ" mifi

"Qarabağ" mövsümdə ilk məğlubiyyətini dünən "Səbail"dən aldı. Bununla da 16 oyunluq məğlubiyyətsiz seriya başa çatdı.

Dünənə kimi Nə avrokuboklarda, nə də daxili yarışlarda Qurbanovun yetirmələri ilə bacaracaq kollektiv yox idi. Bir sözlə, "Qarabağ"ı udmaq mümkün deyil" mifi yaranmışdı.

Amma "Səbail" dünən bu mifi dağıtdı. Son çempion "Neftçi"yox, iddialı "Zirə" yox, mövsümün kəşfi olan "Qəbələ" yox, məhz "Səbail".

O "Səbail" ki, son 4 qarşılaşmada xal üzünə həsrət qalmışdı. Uğursuz seriyannın başlanğıcında "Qəbələ"dən 5 cavabsız qol buraxmışdı. Ötən tur "Keşlə"yə belə məğlub olmuşdu.

Təkcə nəticələr yox, oyun olaraq da "Səbail"in tükəndiyi, mübarizə əzminin qırıldığı təəssuratı vardı. Əbəs deyil ki, dünənki matçdan da öncə hamılıqla "Səbail"in böyükhesabla uduzacağı proqnozlaşdırılırdı.

Amma bu qədər problemlər burulğanında olan Bayıl təmsilçisi dünən "Qarabağ"ı məğlub etməyi bacardı. Yəqin ki, start fitinə kimi meydanda olan "Səbail"li futbolçular da belə nəticə qazana biləcəklərinə inanmırdılar.

Ancaq oyunun gedişində yaranan inam sonda vurulan 3 qolla 3 xalın qazanılmasına vəsilə olmuş oldu. "Səbail" bu qələbə ilə təkcə özünə inam qaytarmadı, həm də digər rəqiblərinə inam aşılamağı bacardı. Ki, hazırkı "Qarabağ"ı da məğlub etmək olar. Məsələn, dünənki "Səbail" kimi...

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti