Erməni futbolçunu Bakıya gəlməyə kim(lər) qoymayıb?

14 Oktyabr 2021 11:40 Qarabağ 1 255
Erməni futbolçunu Bakıya gəlməyə kim(lər) qoymayıb?

“Qarabağ“ Konfrans Liqasının 3-cü turunda “Kayrat“la qarşılaşacaq.

Oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 20:45-də başlayacaq.

Qazaxııstan klubu erməni futbolçusu Kamo Ohanesyanı Bakıya gətirməyəcək. Almatı təmsilçisinin “Qarabağ”a göndərdiyi siyahıda 29 yaşlı müdafiəçinin adı yoxdur.

Onun qafilədən kənarlaşdırılması Kurban Berdliyevin qərarıdır. Baş məşqçi erməni oyunçunun Bakıya aparılmasının böyük səs-küyə səbəb olacağını nəzərə alıb.

Təcrübəli mütəxəssis bu barədə öz fikrini klub rəhbərliyinə söyləyib və Ohanesyana görə qalmaqaldan yayınmağıın vacibliyini əsaslandıra bilib.

Eyni zamanda, Qazaxıstanın Xarici İşlər Nazirliyi də erməni futbolçu ilə bağlı “Kayrat“a xəbərdarlıq edib, onun Bakıya yollanacaq qafilədən kənar tutulmasını məsləhət görüb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?
10 Sentyabr 17:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 07:50 Aslanla gücləndilər - 1 il