Qurban Qurbanov: "Mən ondan razı deyiləm" - VİDEO

21 Sentyabr 02:10 Qarabağ 1 068
Qurban Qurbanov: "Mən ondan razı deyiləm" - VİDEO

"Qarabağ" Azərbaycan Premyer Liqasının 4-cü turunda öz meydanında "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matç haqda sualları cavablandırıb:

- Futbolçularımı təbrik edirəm. Həqiqətən vacib 3 xal qazandıq. Futbolçular əziyyət çəkdilər. Bəzi oyunçular öz formalarından uzaqdırlar. Yaxşı komandaya qarşı oynadıq.

- "Bazel"lə oyundan sonra demişdiz ki, Qaspar Panadero hələ tam hazır deyil. Xayme Romeronun zədələndiyini nəzərə alsaq, "Qarabağ"ın ona daha çox ehtiyacı var. Qaspar növbəti avrokubok oyununa kimi tam hazır olacaq?

- Tam hazır olub-olmayacağını deyə bilmərəm. Bu günkü formasından razı deyiləm. Qarşıdakı oyunlarda özünü yaxşı göstərsə, formasını bərpa edə bilsə, şans verəcəyik.

- Ramil Şeydayev çox çalışır, amma qol vura bilmir. Bu problemi necə aradan qaldırmaq olar?

- Bəzən futbolçuda inamsızlıq olur. Belə şey yoxdur ki, bir qol vursa, hər şey qaydasına düşəcək. İstəyindən əl çəkməməlidir. Hər futbolçudan faydalanmağa çalışırıq. Şeydayev qarşıda daha yaxşı olacaq. İstəklidir, bəlkə də onun haqqında danışmaq Ramilə təsir edir. Rəqibləri də nəzərə almalıyıq.

- Əvvəlki Ozobiçi görmək üçün nə qədər vaxt lazım olacaq?

- Filip Ozobiç isə millidə 3 oyun oynadı. Biz Kadi Borgesi də həmin mövqedə oynatdıq. Kimsə iki oyun oynamırsa, bu uzun müddət hesab olunur. Ozobiç ritmdən düşmüşdü. Rəqiblər də belə oyunçulara qarşı daha diqqətli oynayırlar. Ozobiç bəzi çatışmazlığı öz təcrübəsi ilə aradan qaldırır.

- Bəhlul Mustafazadənin durumu necədi?

- Neçə oyun meydana çıxmadığı üçün ayağında ağrı oldu. Öz üzərində çox çalışır, məşq edir. Zədəsi ciddi deyil.

Digər Xəbərlər
Xəbər Lenti