"Azərbaycandakı bəzi futbolçular "Bazel"dəkilərdən daha yaxşıdır"

16 Sentyabr 2021 20:20 Qarabağ 1 082
"Azərbaycandakı bəzi futbolçular "Bazel"dəkilərdən daha yaxşıdır"

"Azərbaycanda çox maraqlı təcrübə yaşadım. Kiçik Qəbələ şəhərində yaşayırdım və orada da oynayırdım.

Bir ərzaq mağazası və beşulduzlu otel var idi. Bu oteldə bütün əcnəbi futbolçularlar yaşayırdı. Ətrafdakı hər yer məşq meydançası idi".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Qəbələ"nin sabiq futbolçusu Daniel Subotiç "Bazonline" nəşrinə müsahibəsində deyib.

Hazırda klubsuz olan 32 yaşlı hücumçu "Azərbaycandan özünüzlə nə götürdünüz" sualını belə cavablandırıb: "Kiçik şeylərdən razı qala bilərəm. Üstəlik, bu ölkədə zəif cəhətlərim, fiziki görkəmim üzərində çox çalışdım. Hələ də bunlardan əl çəkməmişəm".

Subotiç Azərbaycan dilini öyrənmədiyini söyləyib: "Salam-sağ ol" sözləri artıq ağlıma gəlmir".

İsveçrəli oyunçu "Qarabağ"ın bu gün UEFA Konfrans Liqasında qarşılaşacağı "Bazel" haqqında da danışıb: "Bu oyunda "Bazel" üçün müəyyən maneələrin olması mümkündür.

Qalan hər şey məni təəccübləndirə bilər. Azərbaycandakı futbolçular texniki cəhətdən çox yaxşıdır. Hətta "Bazel"in heyətindəki hər bir oyunçuya nəzərən fərdi baxımdan yaxşı olanları da var".

"Bazel"in yetirməsi olan Daniel Subotiç 2013-2014 və 2017-ci illərdə "Qəbələ"nin formasını geyinib. Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Bazel" oyunu saat 20:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!