“Qarabağ”ın “Bazel”lə matçının hakimləri - KİMLƏRDİR?

14 Sentyabr 2021 12:40 Qarabağ 780
“Qarabağ”ın “Bazel”lə matçının hakimləri - KİMLƏRDİR?

Konfrans Liqasının qrup mərhələsinin I turunda keçiriləcək “Qarabağ” – “Bazel” oyununun hakimləri müəyyənləşib.

UEFA Bakıdakı qarşılaşmanı Belçikadan olan hakimlər briqadasına həvalə edib.

Matçın ədalət təmsilçisi Erik Lambrexts olacaq. Ona Rien Vanizere və Co de Veyrdt kömək edəcəklər.

Görüşün 4-cü hakimi funksiyasını Vim Smet icra edəcək. Referilərin işinə hakim inspektor Con Uord (İrlandiya) qiymət verəcək. UEFA nümayəndəsi vəzifəsini isə belaruslu Sergey İlyiç yerinə yetirəcək.

Sentyabrın 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Bazel” görüşü 20:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı