"Qarabağ"dan GÜNÜN AYRILIĞI – Müqaviləyə xitam verildi

26 İyul 2021 12:00 Qarabağ 1 662
"Qarabağ"dan GÜNÜN AYRILIĞI – Müqaviləyə xitam verildi

«Qarabağ»dan növbəti ayrılıq xəbəri gəlib.

Sportinfo.az-ın məlumatına görə, ötən yay «Kopenhagen»dən gələn Uroş Matiç düşərgəni tərk edib.

Serbiyalı legionerin 2+1 illiksözləşməsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Ödəmələrdən imtina edən yarımmüdafiəçi sərbəst agent statusu alıb.

Ağdam klubu «Mançester Yunayted»in ulduzu Nemanya Matiçin kiçik qardaşının Qurban Qurbanovun ümidlərini doğrultmadığını deyə bilərik.

Azərbaycana gələnədək APOEL-də icarə əsasında çıxış edən balkanlı gözləntilərin çox altında qaldı, əsas heyətə düşmək uğrunda rəqabətə tab gətirmədi.

Digər Xəbərlər
Xəbər Lenti