"Qarabağ"dan Lənkəran futbolu ilə bağlı… YENİ AÇIQLAMA

22 Aprel 2021 17:40 Qarabağ 2 741
"Qarabağ"dan Lənkəran futbolu ilə bağlı…  YENİ AÇIQLAMA

"İlk seçimlərimizi Ağdamda apardıq. İlk öncə seçimlərə qoşulan uşaqların valideylərinə "Qarabağ" olaraq təşəkkür edirəm".

Bu sözləri Sportinfo.az-a açıqlamasında Ağdamda aparılan seçimlər barəsində danışarkən "Qarabağ" futbol akademiyasının koordinatoru Tacettin Doğan deyib.

Təcrübəli mütəxəssis Ağdamda baş tutan seçimlərdən bəyənilən futbolçuların taleyindən danışıb və gördüyü keyfiyyətdən narazılıq edib:

"200-ə yaxın uşağa seçimlərdə baxıldı. 15 nəfər xoşumuza gəlmişdi. Keyfiyyət bizim üçün çox önəmlidir. Özümüzdə olanlardan daha keyfiyyətli olanlarını axtarırıq.

Bu baxımdan gözlədiyimiz keyfiyyəti Ağdamda tapa bilmədik. Seçimlərdə bəyənilən 15 nəfəri yaş qruplarına uyğun komandalarımıza qoşulmaları üçün Bakıya dəvət elədik.

Bakıda öz komandamızın daxilində yoxlamalar apardıq. 4-ü ilə müqavilə bağladıq. Onlardan 2-si komandamızla davam edəcəklər. Digər iki nəfəri olduqları komandalara icarəyə verəcəyik. Üzərlərində nəzarətimiz olacaq və məşqçiləri ilə daim əlaqədə olacağıq".

Türkiyəli mütəxəssis növbəti səfər barəsində isə bunları deyib: "Bundan sonrakı seçimlərimiz rayonlarda davam edəcək. Amma bütün dünyada olan problemlə biz də qarşılaşdıq. Pandemiya bizim aparmalı olduğumuz seçimləri əngəlləyir. Lənkəranda, Şəkidə seçimlər aparmaq istəyirik. Oradakı uşaqları komadalarımıza qatmaq istəyirk. Amma pandemiyadan dolayı bunu bir az təxirə saldıq.

Bakıda bizi gözləyən qardaşlarımıza "Qarabağ" olaraq bir müjdə verə bilərəm. Hazırda saytlarımızda bu məlumatlar yayımlanır. 2009, 2010, 2011 təvəllüdlü uşaqlarımıza bu ayın 27-si Tofiq Bəhramov stadionunda seçimlər həyata keçiriləcək. Yeni keyfiyyətli uşaqları tapıb, komandalarımıza yerləşdirmək istəyirik. Bununla bərabər May ayının sonunda doğru 2006, 2007, 2008 təvəllüdlər üçün Bakıda daha bir seçimlər gerçəkləşdiriləcək. Bölgələrdə seçimlər aparacağımız sözünün arxasındayıq. Bunu inşallah gerçəkləşdirəcəyik.

Pandemiya ilə bağlı Bakıdakı seçimlərimizi daha irəli çəkdik ki, öncəliklə Bakını bitirək. Daha sonra pandemiya imkan verdiyi sürədə rayonlarla bağlı seçimlərimizi davam edəcəyik. Uşaqları gözləyirik. Dediyimiz kimi hər yerə baxacağıq. Sadaladığım təvəllüdlü uşaqların seçimlərimizə qatılmasını gözləyəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti