"Sürünməkdənsə, futbolu buraxmaq daha yaxşısıdır"

5 Mart 2021 16:40 Qarabağ 1 685
"Sürünməkdənsə, futbolu buraxmaq daha yaxşısıdır"

"Karyeramda ən vacib an İspaniyada "Atletiko"nun qapısına qol vurmağım oldu.

Çünki bu, Çempionlar Liqasında yenicə açılan "Vanda Metropolitano" stadionunda əcnəbi komanda ilə oyun idi".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın karyerasını bitirən sabiq futbolçusu Miçel Madera deyib.

36 yaşlı yarımmüdafiəçi bildirib ki, bu qol Azərbaycanda böyük əhəmiyyətə malik idi və yenə də önəmini qoruyur: "Keçmiş komandamı izləyir və görürəm ki, onlar həmin epizodu xatırlayır, sevinirlər".

Miçel karyerasını bitirmə səbəbini də açıqlayıb: "Artıq çoxdandır dabanım ağrıyırdı. Ağrılar 2-3 il əvvəl - "Qarabağ"da çıxış etdiyim vaxtdan başlamışdı.

Məşq və oyun vaxtı dəfələrlə axsayırdım. Yeri istiləşəndə isə bunu hiss etmirdim. Amma məhsuldarlığımın 70-80 faizini sərgiləyə bilirdim.

Son anlaradək hər şeyi sınaqdan çıxartdım. MRT etdirdim, müalicə aldım. Amma artıq meydanlarda sürünməkdənsə, futbolu buraxmaq daha yaxşısıdır. Elə futbolçular tanıyırdım ki, 60 faiz sağlam halda oynayırdılar. Amma bu, mənlik deyil".

İspaniyalı oyunçu məşqçilik karyerasına başlamaq istədiyini də sözlərinə əlavə edib.

Miçel Madera "Qarabağ"da 2015 - 2020-ci illərdə forma geyinib. O, Azərbaycan komandasında 159 oyuna 30 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi