Qurbanov vaxt qoydu – Bu vaxt "Qarabağ"dan gedə bilərsən

16 Yanvar 2021 17:40 Qarabağ 1 425
Qurbanov vaxt qoydu – Bu vaxt "Qarabağ"dan gedə bilərsən

Emil Balayevin «Qarabağ»ı tərk edəcəyi vaxt müəyyənləşib.

Millinin qapıçısı mövsümün sonunda Ağdam klubu ilə vidalaşacaq.

Baş məşqçi Qurban Qurbanov məhz bu tarixdə onun düşərgədən ayrılmasıına icazə haqqı tanıyıb.

«Qarabağ»da Şahruddin Məhəmmədəliyevin kölgəsində qalan kiperin sözləşməsi 2 illikdir. Kontraktın növbəti hissəsi mayda qüvvədən düşmüş sayılacaq.

Təbii ki, qarşılıqlı razılaşma əsasında.

Azərbaycan çempionu artıq yeni qapıçı axtarışına çıxıb. Bir neçə legionerin dosyesi Q.Qurbanova təqdim olunub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti