COP29

Xankəndi bu tarixdə "Qarabağ"a qucaq açacaq – SON DƏQİQƏ

29 Noyabr 2023 13:00 Qarabağ 2 912
Xankəndi bu tarixdə "Qarabağ"a qucaq açacaq – SON DƏQİQƏ

«Qarabağ» növbəti mərhələdən etibarən ölkə kubokunda mübarizəyə qoşulacaq.

Dünən «Cəbrayıl»la qarşılaşan MOİK II təsnifat mərhələsini 4:0-la keçib və «köhlən atlılar»a rəqib olub.

Dekabrın 21-də keçiriləcək matç Xankəndində baş tutacaq.

Bir müddət əvvəl buradakı stadionda başlanan təmir işləri qarşıdakı 20 gün ərzində tamamlanacaq. Gənclər və İdman Nazirliyi tərəfindən aparılan yenidənqurma hazırda sürətlə davam etdirilir.

Qondarma rejimin «bayrağ»ının rənglərində olan oturacaqlar sökülüb. Arena Azərbaycan bayrağının rənglərində bəzədilib.

Həmçinin VİP-loja yenilənib. Komandaların patardəyişmə otaqları və digər otaqlar təmir olunub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"