Ölümlə hədələndi, özünə cangüdən tutdu - FOTO

28 Oktyabr 2020 19:45 Qalmaqal 901
Ölümlə hədələndi, özünə cangüdən tutdu - FOTO

“Everton”un qapıçısı Cordan Pikford özünün və ailəsinin təhlükəsiziliyi üçün narahatdır.

Sportinfo.az xəbər verir ki, Pikford “Liverpul”un futbolçusu Vircil van Deyki zədələdikdən sonra təhdidlə üzləşib.

Naməlum şəxslər onu ölümlə hədələyirlər. Bu təhdidlərdən sonra özünün və ailəsinin təhlükəsizliyini təmin etmək üçün qapıçı cangüdən tutub. Polis isə onu təhdid edənlərin axtarışına başlayıb.

Van Deykin ön xaçvari bağları qırılıb. O, mövsümün sonuna qədər meydana çıxa bilməyəcək.

"Everton" - "Liverpul" görüşü 2:2 başa çatıb. Matçın 11-ci dəqiqəsində Pikfordla toqquşmadan sonra zədələnən van Deyk meydanı tərk emək məcburiyyətində qalıb. Epizoddan öncə oyundan kənar vəziyyət qeydə alındığı üçün baş hakim qapıçını cəzalandırmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”