Millinin sabiq futbolçusu silahlı qarətə məruz qaldı

24 Oktyabr 2020 23:50 Qalmaqal 1 579
Millinin sabiq futbolçusu silahlı qarətə məruz qaldı

İtaliya millisinin sabiq futbolçusu Luka Toni silahlı hücuma məruz qalıb.

Sportinfo.az xəbər verir ki, bunu 2006-cı ilin dünya çempionunun özü açıqlayıb.

O bildirib ki, silahlılar tərəfindən qarət olunub: “Ən önəmlisi odur ki, ailəmlə bağlı qaydasındadır. Qarətçilər bizə heç nə etməyib. Üzücü olan odur ki, cinayətkarlar mənim üçün sentimental dəyərə malik əşyaları aparıblar.

Qarətin ardınca polislər gəldi. Yəqin ki, evin önündəki avtomobildən şübhələnən qonşular çağırıbmış. Mənə və ailəmə hörmətlə yanaşmağı xahiş edirəm”.

Bir müddət əvvəl belçikalı Yan Vertongen də silahlılar tərəfindən qarət olunub.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”