Tanınmış idmançı kafedə güllələndi - DƏHŞƏTLİ OLAY!

23 Oktyabr 2020 22:30 Qalmaqal 1 991
Tanınmış idmançı kafedə güllələndi - DƏHŞƏTLİ OLAY!

Rusiyada idmançı qətlə yetirilib.

Sportinfo.az xəbər verir ki, hadisə Xasavyurtdakı kafelərin birində qeydə alınıb.

Belə ki, oktyabrın 22-si axşam saatlarında MMA döyüşçüsü Şamil Abdulmüslümovun meyiti aşkarlanıb. İdmançının silahdan açılan atəş nəticəsində dünyasını dəyişdiyi məlum olub.

Hadisəylə bağlı şübhəli qismində iki nəfər saxlanılıb - 53 yaşlı ata və onun 24 yaşlı oğıu. Hüquq-mühafizə orqanları saxlanılanlara qətlə səbəbkar olduqlarını sübut etməyə çalışır.

Abdulmüslümov peşəkar karyerasında 25 döyüş keçirib ki, onlardan 20-sini qələbəylə başa vurub.

Uşu-sanda üzrə 5 qat Rusiya çempionu olan 39 yaşlı mərhum ağır çəkidə yarışan dünya MMA-çıları arasında "50-lik"d yer alırdı. O, həmçinin 2011-ci ildə Abu-Dabidə baş tutan "Qran-pri"nin qalibi adını qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”