Hədələyirlər, polis axtarır: "Əgər kimərsə internetdən…"

20 Oktyabr 2020 20:40 Qalmaqal 1 048
Hədələyirlər, polis axtarır: "Əgər kimərsə internetdən…"

“Everton”un qapıçısı Cordan Pikford ölümlə hədələnir.

Sportinfo.az xəbər verir ki, Pikford “Liverpul”la qarşılaşma Vircil van Deyki ağır zədələyib.

Qarşılaşmadan sonra qapıçı təhdid mesajları alıb. O, bununla bağlı polisə müraciət edib. Polis araşdırmalara başlayıb. Olayla bağlı verilən açıqlamada deyilir:

“Hazırda “Everton”un futbolçularına qarşı yönəlmiş hədələyici mesajları araşdırırıq. Əgər qanun pozucusunu tapa bilsək, tədbir görəcəyik.

Əgər kimlərsə internetdən hədə vasitəsi kimi istifadə edirsə, onlar qanun qarşısında cavab verəcəklər”.

Van Deykin ön diz bağlarının qırıldığı bildirilir. Onun, mövsümün sonuna qədər meydana çıxmaq ehtimalı yoxdur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti