Futbolçular səhv edən komanda yoldaşını döyüb öldürdül

14 Oktyabr 2020 01:10 Qalmaqal 1 368
Futbolçular səhv edən komanda yoldaşını döyüb öldürdül

Uqandada futbol matçında komanda yoldaşları qol epizodunu boşa verdiyi üçün Çörçill Ovasini ölənədək döyüblər.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı oyunçunun səhvi komanda yoldaşlarının ona hücum etməsinə səbəb olub.

Oyun ərəfəsində münaqişənin qarşısı alınıb, lakin hadisə bununla bitməyib.

Qarşılaşmadan sonra yenə dava olub. Ovasi onu təhqir edən komanda yoldaşını velosipeddən itələyib. Yenidən münaqişə yaşanıb və oyunçuları Ovasini pis döyüblər. Nəticədə zərərçəkən aldığı zərbələrdən xəstəxanada ölüb.

Polis məmuru Cimi Okema hər iki cinayətkarın tutulduğunu söyləyib. Tezliklə onlar barəsində məhkəmə prosesi baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”