Monteneqrolu futbolçudan Azərbaycana qarşı TƏXRİBAT

11 Oktyabr 2020 21:10 Qalmaqal 1 415
Monteneqrolu futbolçudan Azərbaycana qarşı TƏXRİBAT

Monteneqrolu qapıçı Andriya Draqoyeviç sosial şəbəkə hesabında təxribat xarakterli paylaşım edib.

Sportinfo.az xəbər verir ki, qolkiper ölkəsinin komandasının UEFA Millətlər Liqasının 3-cü turu çərçivəsində millimiz üzərində qələbəsini (2:0) Ermənistana həsr etdiyini yazıb.

Onun bu tərəfkeşliyi təsadüfi deyil. Ölkəsində klub tapmayan balkanlı 2018-ci ildən Ermənistanda çıxış edir. «Alaşkert»dən başlayan bu dönəm çox uğursuz başlayıb.

Bu klubda 1 oyun belə keçirmədən «Ararat»a icarəyə verilib. İrəvan klubunda 11 oyuna çıxan qapıçı elə həmin il «Pünik»ə üz tutub. Və hələ də adıçəkilən bu komandanın formasını geyinir.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”