Süleymanovun güləşçi oğlu haqda dediyi SON SÖZLƏR - VİDEO

15 Sentyabr 2020 18:20 Qalmaqal 1 487
Süleymanovun güləşçi oğlu haqda dediyi SON SÖZLƏR - VİDEO

Bu gün mərhum gitara ifaçısı Nofəl Süleymanovun ölümündən yeddi gün keçir.

Sportinfo.az xəbər verir ki, bu barədə aşıq Namiq Fərhadoğlu Lider televiziyasında yayımlanan “Xoş ovqat” verilişində deyib.

Mərhum ifaçıya həsr olunmuş proqramda onun haqqında maraqlı süjet yayımlanıb. Videoçarxda mərhum sənətçi böyük övladı, Sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığmanın sabiq üzvü olan Şövqi ilə hər zaman fəxr etdiyini bildirərək, bu sözləri qeyd edib:

“Gürcüstanda yarışda oğlum erməni idmançıya qalib gəldi. Var olsun Azərbaycan övladları. Allahdan arzum budur ki, xalqımız bir-biri ilə hər zaman mehriban olsun.

Dövlətim var olsun, uca olsun. İnanın ki, oğlumdur deyə demirəm, ancaq o, Azərbaycan bayrağını dalğalandıranda mən özümü saxlaya bilmədim, ağladım”.

Nofəl Süleymanov sentyabrın 8-i yaşadığı mənzildə ehtiyatsızlıq səbəbilə 17 yaşlı oğlu Şövqi tərəfindən ov tüfəngi ilə qətlə yetirilib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı